Renduliç ilk məğlubiyyətini aldığı matçda futbolçularını təbrik etdi: "Burda olduğum müddətdə 3 oyundan ən yaxşısı bugünkü idi"

"Sabah" Azərbaycan Premyer Liqasının XXVIII turunda doğma meydanda "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransına görüüş dəyərləndirməklə başlayıb.

  • - Belə oyundan sonra nəticədən danışmaq çətindi. Futbolçularımı təbrik edirəm. Nəticə yox, onların göstərdiyi mübarizədən razı qaldım. Oyunun əvvəlində nəzarət bizim tərəfdə idi. "Zirə"nin çox yaxşı komanda olduğunu bilirdik. Standart vəziyyətdə kiçik səhv etdik və bu, qolla nəticələndi. Bu, futboldu, belə hallar baş verə bilər. Sona qədər təslim olmadıq. Rəqibi də təbrik edirəm. Qələbəyə layiq idil.

- "Zirə" şəxsi oyunlarda üstünlüyü ələ keçirdi. Bunun məyusluğunu yaşayacaqsınızz?

- Hələ heç nə həll olunmayıb. Qarşıda 8 tur var. Hər həftə hər şey dəyişə bilər. 5-6 komanda bir-birinə yaxındı. Bir qələbə ilə daha irəli gedə bilərik. Mövsümü 2-ci yerdə də bitirə bilərik, 4-cü yerdə də.

- Bu gün əsas rəqibinizə məğlub oldunuz. Amma komandada təlaş hiss olunmurdu. Bu, arxayınlıq nədən irəli gəlir?

- Bir oyun heç nəyi həll etmir. Bura gələndə inanırdım ki, bizim oyunçuların mövsümü 2-ci yerdə bitirmək üçün keyfiyyəti var. Burda olduğum müddətdə keçirdiyimiz 3 oyundan ən yaxşısı bugünkü matç idi. Əvvəlki matçların ikinci hissəsində oyundan düşmüşdük. Bu gün isə 90 dəqiqə oynadıq. Amma belə oyunlarda qol vurmalısan.

- "Qəbələ" ilə yoldaşlıq oyunundan sonra demişdiniz ki, futbolçular yüz faizlərini meydanda qoymalıdı. Bu gün bunu gördünüz?

- Onların mübarizəsindən, döyüşməklərindən razıyam. Futbol belədi, bəzən yaxşı oynasan da, qələbə qazana bilmirsən.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC