Yeni mövsüm ÇL-də çıxış edəcək ilk Almaniya komandası müəyyənləşdi

Almaniya Bundesliqasından 2024/25 mövsümü Çempionlar Liqasında (ÇL) oynayacaq ilk komanda müəyyənləşib.

Presssport.aqz xəbər verir ki, bu, “Qarabağ”ı Avropa Liqasında 1/8 finalda üstələyən “Bayer” olub. 

Çempionatın hazırkı lideri 27-ci turda “Hoffenhaym” üzərində əzmkar qələbədən (2:1) sonra xalını 73-ə çatdırıb. Bununla da Leverkuzen təmsilçisi 5-ci pillədəki komanda arasında xal fərqinin 23-ə yüksəlməsi nəticəsində ÇL-ə vəsiqəni indidən təmin edib. 

Xabi Alonsonun komandası bundan sonra liqadakı 7 oyunun hamısında uduzsa belə, yarışı ən pis halda 4-cü yerdə başa vuracaq. Almaniya çempionatının 4-cü isə CL-ə birbaşa vəsiqə qazana bilir.

Ümumilikdə Bundesliqa ÇL-də 4 komanda ilə təmsil olunur.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC