Kurban Berdıyev AFFA-nın baş məşqçi postu üçün qısa siyahıda yer almayıb.
Presssport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
İddiaya görə, AFFA rəhbərliyi Berdıyevə klub məşqçisi kimi yanaşdığı üçün onu millinin “sükanı arxası”na dəvət etməyi düşünməyib.
Rus həmkarlarımızın yazdığına inansaq, AFFA-nın yeni rəhbərliyi Azərbaycan millisini yerli mədəniyyətə mümkün qədər yaxın olan mütəxəssisə həvalə etməyi planlaşdırır.
Xatırladaq ki, Berdıyev son olaraq Rusiyanın “Dinamo”(Maxaçqala) klubunu çalışdırıb. O, bundan əvvəl "Kayrat", "Gənclərbirliyi", "Rubin", "Rostov", "Traktor", "Soçi" klublarında işləyib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC