Ukraynanın "Polesye" klubunun yarımmüdafiəçisi Emil Mustafayev Azərbaycan milli komandasının heyətində debüt oyunlarını dəyərləndirib.
Presssport.az xəbər verir ki, klubun rəsmi saytına danışan 22 yaşlı futbolçu Monqolustan və Bolqarıstanla görüşləri belə xatırlayıb:
"İlk oyunu monqollara qarşı keçirdik və 1:0 hesabı ilə qalib gəldik. Çox maraqlı matç oldu. Bütün oyunboyu onlara təzyiq göstərdik, şanslar əldə etdik. Lakin onları reallaşdıra bilmədik. Artıq son dəqiqələrdə qol vurmağı bacardıq. İkinci oyun bolqarlara qarşı idi (1:1). Rəqib artıq daha peşəkar və daha yaxşı idi. Bolqara qarşı oynamaq monqollarla oynamaqdan daha çətin idi. Məncə, ilk matça görə yaxşı idi".
Xatırladaq ki, Elnur yayda yetirməsi olduğu "Aleksandriya"dan ayrılaraq "Polesye" ilə 4 illik müqaviləyə imza atıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC