Azərbaycanın daha bir cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə"də gümüş medal qazanıb.
Presssport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov finalda yaponiyalı Sanşiro Muraoya uduzub.
Bu gün tatamiyə çıxan Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medal şanslarını itiriblər.
Beləliklə, yığmamız yarışı 2 gümüş medalla başa vurub. Daha əvvəl Rəşid Məmmədəliyev (73 kq) eyni mükafata sahib çıxıb.
Xatırladaq ki, turnirdə daha əvvəl Azərbaycanın 6 cüdoçusu qüvvəsini sınayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC