Fərid Qayıbov full kontakt və kyokuşin karate üzrə Azərbaycan çempionatında qalibləri mükafatlandırıb

Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində fəaliyyət göstərən full kontakt karate və kyokuşin karate növləri üzrə 25-ci açıq respublika birinciliyi və çempionatı keçirilib.

AKF-dən Presssport.az-a verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmov və digər rəsmi şəxslər iştirak ediblər.

Yarışın açılış mərasimində son 1 il ərzində fərqlənən məşqçi və hakimlər təltif olunublar.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan yarışda paytaxtla yanaşı, bölgələrdən 250-dən çox idmançı mübarizə aparıb. Qaliblər 48 dəst medal uğrunda qüvvələrini sınayıblar.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC