"Cərimə meydançasında təmas varsa, penalti qərarı doğrudu" - "Sumqayıt"ın məşqçisi

"İlk hissə tam üstünlüyümüzlə keçdi. Demək olar ki, meydanda bir komanda var idi. Epizodlarımız çox oldu, onlardan istifadə etsəydik, hesab daha böyük olardı. Belədə, ikinci hissəni daha rahat oynamaq mümkün idi. Amma vurmadıq deyə, bir az gərginlik yarandı. Futbolçularda yorğunluq hiss olunurdu, oruc tutanlar çoxdu. Oyunun vaxtı da oruc tutanlar üçün əlverişsiz idi. Demək olar ki, su içib davam etdilər. Yorğunçuluq fonunda keyfiyyət də aşağı düşdü. Layiqli qələbə qazandıq.  Vacib qələbə idi. Davam edirik. Son mərhələyə girmişik. Artıq bütün oyunlar vacibdi. Bundan sonra hər komanda ilə bir oyun qalıb. Hər görüşə qələbə üçün çıxacağıq".

Presssport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın məşqçisi Mübariz Orucov Premyer Liqanın XXVIII turunun "Araz-Naxçıvan"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, ardından jurnalistlərin suallarını cavablandırıb.

- Sizdən əvvəl digər rəqibləriniz oynamışdı və hansı nəticənin sizi hansı pilləyə yüksəldə biləcəyini bilirdiniz. Bu sizdə əlavə təzyiq yaratmışdı?

Bilirik ki, belə şeylər futbolçularda təzyiq yarada bilər. Ona görə Samir Abasov çalışır ki, uşaqlara rahatçılıq versin. Uşaqlardan mütləq yer tutmalıyıq kimi tələbəimiz də yoxdu. Futbolçulara deyirik ki, meydanda gözəl futbol göstərin, oyunumuzu inkişaf etdirək. Çalışırıq ki, təzyiqi futbolçulardan uzaqlaşdıraq. Nə qədər bacarırıq, bilmirəm.

- Penalti epizodunu izləmisiniz

Vallah yox. Amma eşitdim ki, narazılıqlar var.

- Sosial şəbəkələrdə də müzakirə edilir və idman ictimaiyyəti də haqsız penalti olduğunu düşünür...

Epizodu tam görməmişəm. Haqsızlığı nədə görürlər? Epizod itsə belə, top meydandadırsa, təmas olubsa, penalti verilməlidi. Qapıçı topu əlinə götürüb, amma rəqibini vurur. Bu nədi? Penalti. Cərimə meydançasında təmas varsa, penalti qərarı doğrudu. 

- Hakim idarəçiliyindən razı qaldınız?

Baxıram ki, elə rəqib də narazı idi, biz də. Olur da, hakimlər də səhv edir. Biz özümüz də bir neçə dəfə haqsızlıqla qarşılaşdıq. Deyim ki, hakim bərbad idi, xeyr.

- "Sumqayıt" üçün baxımlı oyun vacibdi, yoxsa 3 xal?

Əlbəttə ki, bu dəqiqə 3 xal. Ancaq yaxşı oyunla buna nail olmaq daha ləzzətli olur. Düzü, elə mərhələdir ki, bu dəqiqə 3 xalı istəyərdik.

- Avrokuboklara vəsiqə qazansanız, komanda bu oyunla orda nə edə bilər?

Avrokuboklara vəsiqə qazansaq, yəqin ki, komanda güclənməlidi. O yöndə də işlər görüləcək. Düzdü, qışda transfer edə bilmədik. Bunun səbəbi sırf maliyyə ilə də bağlı deyil. Maliyyəmiz yüksək deyil ki, yaxşı oyunçular götürək. Sadəcə, qışda yaxşı futbolçu tapmaq çətindi.. Yaxşı oyunçular klubla müqaviləsi olur. Belədə, həm özünə, həm də klubuna pul ödəməlisən. Azad agent statusunda olanlar da xoşumuza gəlmədi. Transfer xətrinə oyunçu götürmək istəmədik. Yayda avrokuboklara düşsək də, düşməsək də güclənmək istəyirik. Komanda ildən-ilə ələnməlidi. Yaxşı oyunçularla yolumuza davam edəcəyik.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC