"Beşiktaş" "Qarabağ"ın futbolçusu Olaviyo Juninyonun keçidində israrlıdı.
Presssport.az xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Hasan Arat transferi tamamlamaq üçün hərəkətə keçib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, "Beşiktaş" transfer dəyəri 1 milyon avro olan braziliyalı hücumçunu iki tərəf üçün də uyğun qiymətə tamamlamaq niyyətindədi. Bu məqsədlə Arat “Qarabağ”ın sahibi Abdulbari Gözəllə görüşərək transferi bitirməyə çalışacaq.
Hücumçunun adı daha əvvəl Fransanın "Tuluza" komandası ilə də hallanırdı.
Xatırladaq ki, Juninyo 2026-cı ilin yayınadək müqaviləsi olduğu “Qarabağ”da bu mövsüm 44 oyunda 25 qol vurub, 8 məhsuldar ötürmə edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC