İtaliyanın Ravenna şəhərində “Ravenna Cup” beynəlxalq turnirində ölkəmizi təmsil edən "Sabah"ın U-13 komandası bu gün son matçını keçirib.
Bu haqda Presssport.az-a danışan paytaxt klubunun aşağı yaş qrupları üzrə koordinatoru Təbriz Həsənov İtaliyanın “Polisportivo Monteserra” komandasıyla qarşılaşaraq oyunsonrası penaltilər seriyasında uduzduqlarını söyləyib: “7 qrupdan qaliblər və ən yaxşı 2-ci yer növbəti mərhələyə çıxmışdı. 8 komanda 1/4 final mərhələsini təşkil etmişdi. Onlarla qolsuz heç-heçə qaldıq, penaltilərdə 2:3 yenildik. Yekunda turnirdə 5-ci yeri tutduq. Əfsuslar olsun ki, penaltilər ”lotereya"dı, orda uduzduq. Uşaqlar yaxşı oynadılar, lakin "11 metrlik"lərdə rəqibin qapıçısı daha yaxşı idi. O üzdən dayandıq və heyfsilənirik. Ancaq neyləyək, bu, futboldu. Bİr şeyi də nəzərə alaq ki, turnirin qalibi elə bizi yenən komanda oldu. Çox idman növlü peşəkar akademiyadı. Onu da deyim ki, “Udineze”, “Torino” "Sampdoriya" kimi komandalar heç qrupdan çıxa bilmədi".
Təcrübəli mütəxəssis turnirin faydasından da danışıb: “ İnşallah, bizim üçün böyük bir təcrübə oldu - həm futbolçular, həm də məşqçilər üçün. Doğrudan yaxşı turnir idi. Uşaqlar təbii otda oynadılar. Özləri də hiss etdilər ki, tam başqa bir oyundu, tam başqa bir fərqdi. O üzdən çalışacağıq ki, belə turnirlərdə daha çox iştirak edək. İnşallah, Bakıya qayıdaq, baxıb incələcəyik. Çalışacağıq ki, uşaqlarımızı maksimum sayda beynəlxalq turnirlərə aparaq. Çünki özləri də görürlər fərqi - Azərbaycan çempionatıyla burdakı komandalar arasında səviyyə fərqini. Burda iştirakçı komandalar həqiqətən çox idi. Tək bizim yaş qrupunda 35 komanda vardı”.
Xatırladaq ki, Nasir Nəsirlinin komandası qrupda 4 oyundan 3-də qalib gəlib, 1-də məğlub olaraq 9 xalla qalib olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC