Azərbaycanda futbolun inkişafı ilə bağlı ayrılmış maliyyə vəsaitinin məbləği artıb.
Presssport.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.
Qeyd olunub ki, 2022/23 mövsümündə bu rəqəm 38 milyon manat təşkil edib. 2023/24 mövsümündə isə bu rəqəm 1 milyon artaraq 39 milyona çatıb.
Hər iki mövsümdə Premyer Liqa (10 klub) təmsilçilərinə ümumilikdə 30 milyon manat verilib. I Liqa klublarına (əvvəlki mövsümdə 15, hazırda 10) toplamda 3 milyon, milli komandaların saxlanılması üçün 3 milyon manat ödənilib.
Region Liqası və ordakı oyunların keçirilməsi və VAR lahiyə xərcləri hər iki mövsümdə 1 milyon manatdı. Cari mövsümdə II Liqadakı 14 kluba ümumilikdə 700 min verilib, menecer və məşqci korpusunun təhsilinə görə (AFFA-nın nəzdində) 300 min manat xərclənib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC