AFFA-nın yeni prezidenti Rövşən Nəcəf milli komandanın yeni baş məşqçisi ilə bağlı açıqlama verib.
Presssport.az xəbər verir ki, qurumun yeni rəhbəri artıq məşqçilərlə danışıqların aparıldığını və bu məsələnin tamamlanmaq üzrə olduğunu söyləyib:
“Ötən ilin dekabrında bununla bağlı xüsusi komissiya yaradılıb. Artıq müəyyən qısa siyahı hazırlanıb, məşqçilərlə danışıq aparılıb. Demək olar ki, tamamlanmaq üzrədi və rəsmiləşdirilməsini vəzifəsini yerinə yetirəcəyik. Danışıqlar artıq tamamlanır. Sadəcə, həmin zaman yeni İK-nin vaxtına düşür. Amma yenə də müzakirə olunacaq”.
R.Nəcəfin fkkrincə, istənilən qərarın verilməsində yerli və ya əcnəbi faktoru yox, millimizdən gözlədiyimiz oyun tərzinin ön plana çıxmasıdı: "Yerli də, əcnəbi də ola bilər. Məşqçi haqda qərarı verəndə, bacarıq, baxış və dəyərləri düşünməliyik. Daha çox fokuslanmalıyıq, həmin məşqçinin bizə verəcəyi əlavə dəyər, inkişafdır".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC