Premyer Liqada komanda sayı artırılacaq? - AFFA-nın yeni prezidenti açıqladı

Premyer Liqada sonuncu yeri tutan komandanın elitada qalması və ya ölkə çempionatında komanda sayının artırılması müzakirə mövzusudu.

Presssport.az xəbər verir ki, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf bu məsələ ilə bağlı açıqlama verərək, Premyer Liqanın formatı ilə bağlı müzakirələrin aparılacağını bildirib:

“İcraiyyə Komitəsində qərarları bütün üzvlərlə birlikdə müzakirə edərək qəbul edəcəyik. Bugünkü iclas qarşıya qoyulan, qısa müddətdə verilən qərarlarla bağlıdı. Müzakirə olunacaq məsələlərdən biri də çempionatın formatı və klub sayına yenidən baxılması olacaq. Hansısa qərar yoxdur. Buna zaman olmayıb. Bu, təhlil-tələb edir. İK-nin bütün qərarları təhlilə əsaslanaraq qəbul olunacaq”.

Yeni prezidentin sözlərinə görə, hansısa qərarı verəcəklərsə, digər ölkələrdəki təcrübəni də nəzərə alacaqlar: "Nəyə fikir vermək lazımdı, nə işləyir, nə işləmir, bunları təhlil edib qərar verəcəyik. Bəzi hədəflərə qısa müddətdə nail olmaq çətindi. Bəzi qərarlar isə qısa müddətdə qərar qəbul oluna bilər. Premyer Liqanın formatı ilə bağlı təhlil aparacağıq".

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC