Rövnəq Abdullayev: "Kral öldü, yaşasın yeni kral!"

“Bu il 20 ildir futboldayam və bura gəldiyim üçün peşmanlıq keçirmirəm”.

Presssport.az xəbər verir ki, bunu AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayev qurumun növbəti Hesabat-Seçki Konfransında deyib.

O, 2005-ci ildə “Birlik kuboku”nda "Pünik" üzərində qələbəni yaxşı xatırladığını vurğulayıb: "2006-cı ildə isə Ermənistan çempionu bizimlə oynamaqdan qaçdı. Həmin vaxtdan qabağımızdan qaçmağa öyrəşiblər. Bunlar sevindirici məqamlardı. Təbii ki, kədərli anlar da olub. Hər bir sevindirici anlar boş yerə çalışmadığını göstərir. Futbola dəstəyinə görə ən böyük pay cənab Prezident İlham Əliyevindi. Onun diqqəti sayəsində klublarımız sabit çıxış edirlər, heç bir maliyyə problemi yaşamırlar. Sponsorlar tapmağa çalışırıq. Ancaq sponsorsuz klub belə Premyer Liqada uğurlu çıxış edə bilir. Çempionat elə güclü səviyyədə keçir ki, artıq millimiz də yaxşı çıxış edəcək".

Abdullayev FIFA və UEFA rəhbərlərinə də təşəkkürünü bildirib: "Canni İnfantinoya və Aleksander Çeferinə minnətdarlığımı çatdırıran. Onlar daim Azərbaycan futbolunun inkişafı üçün dəstəklərini veriblər. Bundan sonra da Azərbaycan futboluna dəstəklərini əsirgəməyəcəklərinə inanıram".

O, sonda AFFA kollektivinə təşəkkürünü bildirib: "Haqqınızı halal edin, hər şeyə görə çox sağ olun. Artıq futbola azarkeşlik edə bilərəm. Necə deyərlər, kral öldü, yaşasın yeni kral".

Xatırladaq ki, 59 yaşlı Abdullayev 16 ildir AFFA-ya rəhbərlik edirdi. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC