“Qarabağ”ın legioneri Olavio Juninyo Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunu çərçivəsində “Nefçi"ni səfərdə 4:0 hesabıyla məğlub etdikləri matçdan sonra brifinq keçirib.
Presssport.az xəbər verir ki, braziliyalı hücumçu jurnalistlərin suallarını cavablandırıb.
- Mərhələni keçdiyinizi demək olar, yoxsa hələ tezdi?
- Hər oyun fərqlidir. Cavab oyununu gözləmək lazımdı. Bundan sonra mərhələni keçmək haqda danışmaq olar.
- Böyük hesabla qələbə qazanacağınızı gözləyirdiniz?
- Bu derbidir, hər kəs öz işini görməyə çalışır. Nəticəyə görə sevincliyik.
- 4 qol vuruldu, amma iştirakın olmadı. Bu cür anlar necə təsir edir?
- Əsas nəticədi. Bunu qazandığımıza görə sevinirəm. Qol vəziyyətdən aslıdı, alınmadı.
- Dönər aldığın yerdə videon yayılmışdı. Bu nə vaxtın videosudu və ayaqüstü yeməklərlərə tez-tez müraciət edirsən?
- İstirahət günlərində şəhərə çıxanda bəzən özünə elə qidaları qəbul etməyə icazə verirəm.
- Yaxın zamanda ata olacaqsan. Övladın Azərbaycanda dünyaya gələcək, yoxsa?
- Yox, həyat yoldaşım hazırda Braziliyadadı. Artıq 20 gündü ordadı.
- Ötən oyundan sonra bildirmişdin ki, transferlə bağlı məsələlərlə menecerim maraqlanır və o gəlib sizə məlumat verəcək. Hazırda işlər hansı mərhələdədir?
- Menecerimin gəlişi yəqin ki, mövsümün sonuna qədər çəkəcək.
- Bu oyunu derbi adlandırdın. 4 ilə yaxındır "Neftçi" "Qarabağ"ı məğlub edə bilmirsə, bunu nə dərəcədə derbi adlandırmaq olar?
- Bura gələndə eşitmişdim ki, guya "Neftçi" - "Qarabağ" matçları derbidi. Ona görə mən də bu qarşılaşmanı dərbi adlandırdım.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC