Futbolçumuzu Türkiyə klubuna gətirən baş məşqçini qovdular

Azərbaycanlı futbolçu Sertan Taşkının çıxış etdiyi Türkiyənin "Manisa" klubu baş məşqçisi Mustafa Dalcı ilə yollarını ayırıb.

Presssport.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

50 yaşlı türkiyəli mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 

O, ötən yaydan bu klubu çalışdırırdı.

Onu da bildirək ki, Taşkın bu ilin yanvarında Dalcının istəyi ilə “Turan Tovuz”dan "Manisa"ya keçib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC