“Qarabağ”ın futbolçusu Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Neftçi” ilə ötən gün keçirilən ilk oyunundan sonra Kevin Medina xoşagəlməz halla üzləşib.
Presssport.az xəbər verir ki, naməlum şəxs və ya şəxslər kolumbiyalı legionerin avtomobilinə ziyan vurublar.
Medina şəxsi “İnstagram” səhifəsində arxa şüşəsi qırılan avtomobilinin şəklini paylaşaraq hadisəni törədənlərə müraciət edib: "Bu, maşınımın oyundan sonrakı vəziyyətidir. İnsanların belə hallarda ehtiyatlı davranması və hörmət etməsi lazımdır. Ailəm maşında ola bilərdi və bu, mənim üçün təhlükəli hal idi. Öz adımdan xahiş edirəm ki, bir daha heç kim üçün belə təhlükəli vəziyyət yaratmayın".
Xatırladaq ki, Medinanın ehtiyatdan izlədiyi matçda komandası 4:0 hesabıyla qalib gəlib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC