“Neftçi”nin qapıçısı Rza Cəfərov Azərbaycan kubokunun “Qarabağ”la yarımfinal mərhələsinin ilk görüşündən sonra jurnalistlərə açıqlama verib.
Presssport.az xəbər verir ki, gənc qolkiper 0:4 hesablı məğlubiyyəti belə şərh edib: "Nəyə görə belə olduğunu bilmirəm. Bu nəticə üzücüdü. Lakin gələcəyə nikbinliklə baxmaq istəyirəm. Bu oyunda da əlimdən gələni etdim. Ancaq daha az qol buraxmaq üçün daha çox şey etməliyəm".
Cəfərov Premyer Liqanın 29-cu turu çərçivəsində qarşılaşacaqları “Sumqayıt”la matç barədə də danışaraq, mütləq toparlanmaq lazım olduğunu vurğulayıb: "Bu görüşə qələbə üçün çıxacağıq. Sona qədər mübarizə aparacağıq. Premyer Liqada ikinci pilləni tutmaq məqsədimiz dəyişməyib. Doğrudur, rəqiblərimiz çoxdu. Bu mövsüm 2-ci yer uğrunda mübarizə qızğın gedir. Başa düşürük ki, qarşısına bu cür məqsəd qoyan yeganə komanda biz deyilik. Ona görə də mövqeyinizi möhkəmləndirmək üçün qalib gəlməliyik”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC