Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Super Liqanın XXX turunun "Trabzonspor" - "Fənərbaxça" matçından sonra baş verən olaylarla bağlı cəzaları açıqlayıb.
Presssport.az xəbər verir ki, azarkeşlər meydana girib futbolçuların üzərinə hücum etdiyi üçün Qaradəniz təmsilçisinə ağır cəza verilib.
Belə ki, "Trabzonspor" 6 ev oyununu azarkeşsiz keçirəcək.
Bundan əlavə, rəqib futbolçunu vurduğu üçün "Trabzonspor"un məqşçisi Egemen Korkmaz 1 oyunluq cəzalanıb.
"Fənərbaxça"dan isə iki futbolçu cəzalanıb. Belə qapıçı İrfan Can Eyribayat və müdafiəçi Ceyden Ostervolde oyunluq diskvalifikasiya olunub. "Fənərbaxça"nın digər futbolçusu Brayt Osayi-Samuelə isə cəza verilməyib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC