Türkiyə I Liqasının XXVIII turunda Azərbaycan millisinin futbolçuları qarşılaşıb.
Presssport.az xəbər verir ki, Bəxtiyar Həsənalızadənin çıxış etdiyi “Tuzlaspor” Coşqun Diniyevin oynadığı “Ümraniyəspor”u qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Həsənalızadə 90 dəqiqə oynayıb. Diniyev isə 90+5-ci dəqiqədə əvəzlənib.
“Tuzlaspor” hazırda 28 xalla turnir cədvəlinin 15-ci, “Ümraniyəspor” isə 34 xalla 11-ci pilləsində yer alıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC