Türkiyə Super Liqasında XXXI turun oyunları keçirilir.
Presssport.az xəbər verir ki, “Fənərbaxça” bu turda “Adana Dəmirspor”u qəbul edib.
Oyun İstanbul təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb - 4:2.
Qonaqların heyətində Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev ilk dəqiqələrdən meydanda olsa da, fasilədə əvəzlənib. Buna onun rəqib hücumlarından biri zamanı kritik qurtarış edərkən aldığı zədə səbəb olub.
Həmin vaxt hesab 1:1 olub və Şahruddin meydandan çıxnadan sonra komandası qapısına 3 top görüb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC