Azərbaycanlı futbolçu üçün Türkiyə klubunda yeni baş məşqçi

Azərbaycanlı futbolçu Sertan Taşkının formasını geyindiyi "Manisa" yeni baş məşqçisini təqdim edib.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, I Liqa klubu Levent Devrimə tapşırılıb.

Bununla da türkiyəli mütəxəsisin Manisa təmsilçisinə dönüşü baş tutub. Belə ki, 55 yaşlı Devrim vaxtilə bu klubda baş məşqçi və idman direktoru olub.

Hazırda "Manisa" 31 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xatırladaq ki, manisalılar bu həftə Mustafa Dalcıyıa müqaviləsini pozaraq onu baş məşqçi postundan göndərib. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC