Bu gün Kanadanın Toronto şəhərində şahmat üzrə "İddiaçılar Turniri" start götürəcək.
Presssport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov da mübarizəyə başlayacaq.
28 yaşlı qrossmeysterimiz I turda rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək. Abasov ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə 22:30-da start götürəcək.
I turda həmçinin, Fabiano Karuana - Hikaru Nakamura (hər ikisi ABŞ), Əlireza Firuzca (Fransa) - Rameşbabu Praqnanandha (Hindistan) və Dommaracu Qukeş - Santoş Vidit (hər ikisi Hindistan) görüşləri də keçiriləcək.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC