"Qarabağ"ın futbolçusu Yassin Benzia Əlcəzair millisinin heyətində Cənubi Afrika yığmasına vurduğu baxımlı qolu şərh edib.
Presssport.az xəbər verir ki, yarımmüdafiəçi qoluna təəccüblənmədiyini deyib: “Düzünü desəm, epizod sürətli alındı. Bir toxunuşla topu qaldırdım və sol ayaqla akrobatik zərbə endirdim. Bilirəm, çılğın səslənir, ancaq təəccüblənmədim. Bu, içimdədi, futbolum belədi”.
30 yaşlı Benzianın fikrimcə, mərkəz hücumçusu mövqeyi ona yad deyil: "Gənc yaşlarımda "Lion"da "9 nömrə" kimi oynayırdım. Həmişə cərimə meydançasında mövqeyimi tapa bilmişəm".
Xatırladaq ki, Yassin həmin görüşdə (3:3) iki qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC