“Qəbələ” İdman Klubu yeni tərəfdaşlıq müqaviləsinə imza atıb.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Caspian Sport & Landscape” şirkəti ilə əməkdaşlığa başlayıblar. Stadionların ot örtüyünə nəzarət üzrə ixtisaslaşan şirkətlə tərəfdaşlıq müqaviləsi imzalanıb.
Azərbaycanda yeni fəaliyyətə başlayan “Caspian Sport & Landscape” Qəbələ şəhər stadionunun meydançalarının ot örtüyünə nəzarət edəcək. Şirkətin baş aqronomu tanınmış mütəxəssis Filip Şarplesdir.
Vaxtilə Qəbələ şəhər stadionunda təbii ot örtükləri üzrə baş mütəxəssis vəzifəsində fəaliyyət göstərmiş aqronom Bakıdakı bir sıra idman qurğularında da eyni vəzifəni tutub. O, gabalafc.az saytına açıqlamasında yenidən “Qəbələ” ilə əməkdaşlıq etməsinə sevindiyini bildirib:
“Yenidən Azərbaycanda olmağıma şadam. Burada olan dostlarımın dəvəti ilə Bakıya gəldim. Azərbaycanda belə bir şirkətin yaradılması ilə bağlı təklifi gerçəkləşdirdik. Sevindiricidir ki, şirkətimizin əməkdaşlıq edəcəyi ilk klub vaxtilə çalışdığım “Qəbələ” oldu. Bu klubda işləmişəm, ot örtüyü üzrə bir çox mütəxəssis yetişdirmişik. Onlar hazırda Gürcüstan və Türkiyədə fəaliyyət göstərirlər. Daha çox yerli mütəxəssis yetişdirmək və Azərbaycanda ekspert komandası qurmaq imkanını səbirsizliklə gözləyirəm. Ən yaxşı səviyyədə çalışacağıq ki, Azərbaycandakı meydançaların ot örtüyü yüksək tələblərə, beynəlxalq standartlara uyğun olsun və bu stadionlarının durumu televiziyada gözəl nümayiş edilsin”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC