“İstəyərdim ki, “Kəpəz” də “Qarabağ” kimi avroturnirlərdə Gəncəni, ölkəmizi təmsil etsin. İnşallah, bu yolda klub tərəfindən müəyyən addımlar atılır”.
Presssport.az xəbər verir ki, bu barədə Olimpiya çempionu Toğrul Əsgərov “Kəpəz”in mətbuat xidmətinə açıqlamasında deyib.
Komandanın azarkeşi olan məşqçi klubda həyata keçirilən layihələrdən də danışıb: “Bilirsiz ki, yeni baza tikilib, akademiya istifadəyə verilib, məktəb yaranır. Bu amillər komandanın inkişaf edəcəyini göstərir. Amma mütləq şəkildə kluba sponsor lazımdı. Böyük maliyyə dayağı olmadan böyük ideyaları həyata keçirmək olmaz. Gəncənin həmişə güclü futbol məktəbi olub. Ona görə də akademiyanın futbolun inkişafına çox böyük faydası olacaq”.
32 yaşlı Əsgərov yeni tikilən stadiona da toxunaraq, azarkeşlərin uzun illər həsrətini çəkdiyi arenanın tamaşaçı sayının artmasına xidmət edəcəyini deyib: “Köhnənin yerində yeni stadion tikilir. “Kəpəz” kimi azarkeşi olan futbol komandası çox azdı. Azarkeş klub üçün böyük dəstəkdi. Klubun azarkeşinin olması rəqiblərlə mübarizəyə 1:0 öndə başlamaq deməkdi. İnanıram ki, yeni tikilən stadionda Gəncə azarkeşlərinin sayı daha da artacaq. Komandamız da uğurlu çıxış edəcək. Biz də nəticələrə sevinib hər zamankı kimi azarkeşlik edəcəyik”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC