"İmarət" Qara Qarayevi təhqir etməsinə haqq qazandırdı: "O, "Neftçi”ni seçəndə, "Qarabağ"ın azarkeşlərinin də onu meydanda görəndə xoş qarşılamayacağına hazır olmalı idi"

“İmarət” azarkeş qrupu “Neftçi” – “Qarabağ” (0:4) matçından sonra meydan sahiblərinin futbolçusu Qara Qarayevi təhqir edərək sabiq oyunçuları haqqında əzəli rəqibinə keçdiyinə görə qeyri-etik ifadələr səsləndirib. 

Presssport.az xəbər verir ki, buna görə fan klub tənqid hədəfinə tuş gəlib və hər kəs Qaraya dəstək olub. Maraqlısı budur ki, “İmarət” azarkeş qrupunun səhifəsində edilən paylaşımda futbolçunun təhqir edilməsinə haqq qazandırılıb: 

“Qarayev, Qarayev, Qara Qarayev, “Qarabağ”ın igidi Qara Qarayev” - vaxtı var idi bu şüarı səsləndirən də “İmarət” idi. Futbolçuya karyerası boyu ən böyük dəstəyi də elə azarkeşlər verir.  Qara bizim sevimli futbolçumuz olub və geydiyi formanın haqqını verib. Nə Qara, nə də başqa futbolçu ilə azarkeşin şəxsi ədavəti, prinsipi ola bilməz. O cümlədən təhqirə məruz qala bilməz. Qara Qarayev əfsanəsi ola biləcəyi klubdan çıxıb həmin klubun əzəli rəqibi olan “Neftçi”ni seçəndə, həmin klubun azarkeşlərinin də onu meydanda görəndə xoş qarşılamayacağına hazır olmalı idi.

Heç bir futbolçu və ya futbol adamı “İmarət” tribunasına yaxınlaşıb barmaqla heç kəsi hədələyə bilməz. Hədələyəcəksə, olacağı budur. Bəli, kaş ki, olmazdı. Ancaq olubsa, bu tribunada da olub, bitib. Qaraya dəstək olanlara da “Neftçi Arena”ya getməklərini məsləhət görürük. Futbolçuya stadionda dəstək olmaq lazımdı, sosial şəbəkədə yox”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC