"Əsas qərarların qəbul olunması deyil, onların icra mexanizmidi" - İK-nın yeni xanım üzvü

Aprelin 2-də AFFA-nın Hesabat-Seçki Konfransında qurumun yeni prezidentiylə yanaşı, İcraiyyə Komitəsinin (İK) yeni tərkibi məlum olub. 

Presssport.az xəbər verir ki, yeni üzvlərdən biri də Elm və Təhsil Nazirliyinin əməkdaşı Leyla Xəlilova Rzazadədi.
O, "Təhsil TV"yə açıqlamasında əsas inkişaf üçün əsas istiqamətlərdən birinin uşaq futbolu olduğunu deyib: "Aprelin 2-də AFFA-nın yeni rəhbərliyi seçildi və İcraiyyə Komitəsinin yeni tərkibi məlum oldu. Mən də həmin komandanın üzvüyəm. İnanıram ki, növbəti dövr Azərbaycan futbolunun inkişafı üçün uğurlu olacaq. Mən də bu komandanın bir üzvü kimi prosesə öz töfhəmi verməyə çalışacam. Azərbaycan futbolunun əsas istiqamətlərindən biri də futbol təhsilinin inkişafıdı. Futbol təhsili dedikdə, həm uşaq futbolunun, akademiyaların inkişafını nəzərdə tuturuq, həmçinin məktəblilərin futbola cəlb edilməsi əsas istiqamətlərdəndir. İstedadlı gənclərin seçilməsi, onların daha yaxşı məşq prosesi keçməsi və gələcəkdə Azərbaycan futboluna öz töfhəsini vermək üçün çalışacağıq".
İK-nın xanım üzvü ikinci istiqamətin məşqçilərlə bağlı olduğunu vurğulayıb: "Karyerasının bir hissəsi futbolla, digər hissəsi təhsillə bağlı olan biri kimi bu prosesə də öz töfhəmi verməyə çalışacağam. İnanıram ki, İK-nın növbəti iclasında daha önəmli məsələləri müzakirə edəcəyik və həmin məsələlərlə bağlı vacib qərarlar qəbul olunacaq. Əsas qərarların qəbul olunması deyil, onların icra mexanizmidi. Yaxın vaxtlarda keçiriləcək iclaslarda bu məsələlər müzakirə olunacaq. İnanıram ki, yeni komanda əlindən gələni edəcək və bu qərarlar nəticəsində klub və ya milli səviyyəsində uğurlara deyil, strateji uğurlara sevinəcəyik". 

 

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC