Almaniya milli komandasında AVRO-2024 öncəsi ciddi itki baş verib.
Presssport.az xəbər verir ki, "Frayburq"un futbolçusu Mattias Ginter sıradan çıxıb.
Belə ki, 30 yaşlı mərkəz müdafiəçisi axilles vətərindən zədə alıb. Təcrübəli futbolçu bu üzdən əməliyyat olunacaq və mövsümün qalan hissəsində iştirak etməyəcək. Ginter həmçinin Vətənində keçiriləcək final mərhələsini buraxmalı olacaq.
Matias bu mövsüm “Frayburq”da 34 matçda 2 qol ötürməsi ilə yadda qalıb. O, 2022/23 mövsümündə Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı hər 2 qarşılaşmada oynayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC