Nicat Abasov İddiaçılar Turnirinə heç-heçə ilə başlayıb

Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirinə start verilib.

Presssport.az xəbər verir ki, bu yarışda Azərbaycanı təmsil edən qrossmeyster Nicat Abasov ilk turda dünya vitse-çempionu Yan Nepomniyaşşiyə (FIDE) qarşı heç-heçə oynayıb. 

Partiya 34-cü gedişdə başa çatıb.

Xatırladaq ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Müsabiqənin qalibi 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC