“Qarabağ”ın hərəkətlərini Andreyə təzyiq kimi qiymətləndiririk" - Lunyovun agenti

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov  müsahibəsində müştərisinin gələcək taleyindən danışıb.

Presssport.az həmin müsahibəni tənqid edir.

– Azərbaycan mətbuatında yazılanlara görə, “Qarabağ”da illik maaşı 200 min avro olan Andrey Lunyov yeni müqavilə üçün bundan 3 dəfə artıq məbləğ tələb edib. Bu, doğrudur?

– Bu yazını Azərbaycanı böyük idman portalında gördük. Məlumatı təəccüblə oxuyuruq, çünki yayılan xəbər məxfidir. Açığı, “Qarabağ”dakı insanlar futbolçu ilə klub arasında aparılan danışıqlar prosesində bizim üçün qəbuledilməz olan məlumatları belə təqdim edirlər.

– Andrey Azərbaycan mediasında yazıldığı kimi 600 min avro istəyir?

– Mətbuata məlumatı sızdıran klub adamlarından fərqli olaraq, rəqəm verməyi etik hesab etmirəm. Danışıqlar sükutu sevir. Klubdan birinin niyə bu məlumatı yaydığını başa düşmək istərdim. Çünki bu cür davranış qətiliklə Andreyin qalmasına kömək etməyəcək. Fikrimcə, nüansa aydınlıq gətirmək vacibdir: Lunyov “Qarabağ”a gələndə onun maaşı əvvəlcə ciddi şəkildə aşağı qiymətləndirilib. Klubun özünün bunu tanıması, mövqeyini Andreyin səhhəti ilə bağlı risklərlə izah etməsi vacibdi. Son 2 ildə çoxlu zədə almışdı. Bir vacib təfərrüatı da deyim: 2023-cü ilin qışında, Andrey hələ “Bayer”də olanda “Qarabağ” ona avqustda razılaşdığı məvacibdən 2,5 dəfə çox maaş təklif etmişdi. Müqavilə imzalayarkən “Qarabağ”la müzakirə etdik ki, Andrey səviyyəsindən aşağı şərtlərlə razılaşacaq. Biz də razılaşdıq ki, səhhətində heç bir problem olmasa və Lunyov yüksək səviyyədə oynasa, klubun yaxşı nəticələr əldə etməsinə kömək edərsə, təqvim ilinin sonuna kimi əmək haqqına yenidən baxılacaq.

– Sonda şərtlərə yenidən baxıldı?

– Hazırda klub maaşları artırmayıb. O, eyni qalır. Yanvar – fevral aylarında “Qarabağ” müqavilənin uzunmüddətli uzadılması ilə bağlı təkmilləşdirilmiş təklif irəli sürdü ki, bu da şərtlərə görə bizə uyğun gəlmədi. Hər zaman Lunyov həqiqətən layiq olduğundan daha aşağı maaş alırdı. Kluba müraciət etmədi, artım istəmədi. İnanırıq ki, Andrey indi öz dəyərini sübut etdi, klubun bu mövsüm uğurunun vacib parçasıdır və müvafiq səviyyədə maaş almağa layiqdir. Üstəlik, Andrey üçün müxtəlif agentlərdən aldığım təkliflərdən görürük ki, digər klublar onun səviyyəsini “Qarabağ”dan bir neçə dəfə yüksək qiymətləndirirlər. Andreyin 32 yaşı var, ona tələbat çoxdur. Yüksək səviyyədə oynayır və bizə elə gəlir ki, layiqli gəlir əldə etmək hüququ var. Bunda qəribə heç nə yoxdur və klub üçün mənfilik yaratmamalıdır. Qeyd etmək istərdim ki, bizim “Qarabağ”a qarşı şərtlərimiz tamamilə məqbuldur və həddindən artıq deyil. Qeyd etmək istərdim ki, “Qarabağ”a qarşı şərtlərimiz tamamilə məqbuldu. Klub təklifimizə cavab vermək əvəzinə məxfi məlumatları mətbuata ötürərək rəqəmləri açıqlayır. Bunu futbolçuya mənfi reputasiya yaratmaq üçün təzyiq kimi qiymətləndiririk. İlkin olaraq almalı olduğu maaşı götürsək, bunun üç dəfə artırılması tələbimizdən danışmırıq. Mümkün və məqbul şərtlər təklif etdik. Andrey özünü ləyaqətlə aparır. Ona daimi maraq olsa da, digər klublarla danışıqlar aparmır. Futbolçu bütün diqqətini futbola və “Qarabağ”a yönəldib, rəhbərliyə gedib qiymət “oxumur”, heç nə tələb etmir, ultimatum vermir.

– “Qarabağ”la müqavilə yayda başa çatır. Sözləşmənin bir illik uzadılması bəndi məcburidir?

– Klub danışıqlar prosesində bu variant haqqında bir neçə dəfə danışıb. Lakin mübahisəli və birmənalı olmayan bir sıra hüquqi incəliklər var. Təfərrüatları açıqlamaq istəmirəm, sadəcə deyim ki, bu seçim mövcuddur. Lakin müəyyən hallar baş verdikdə aktivləşdirilir. Amma FİFA təcrübəsi elədir ki, tərəflərdən birinin əmək münasibətlərinin birtərəfli uzadılmasına imkan vermir. İstənilən halda, futbolçunun razılığı lazımdır. Klubun endirim etməməli olduğu detallar var.

– Andreyin növbəti mövsümü başqa klubda keçirmək şansı var?

– “Qarabağ”a hörmət edirik və danışıqlara açığıq. Amma “Qarabağ” bu cür davranışını davam etdirsə və bu mövsüm klubun uğurunda ciddi əməyi olan futbolçusu ilə danışıqlar prosesinin nüanslarını açıqlayaraq, mətbuat vasitəsilə təzyiq göstərsə, onun karyerasını başqa klubda davam etdirmək variantlarını ciddi şəkildə nəzərdən keçirəcəyik.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC