"Lunyovla bağlı məlumatın hardan çıxdığı, kim tərəfindən uydurulduğu bizə bəlli deyil" - "Qarabağ" rəsmisi

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev rusiyalı qapıçıları Andrey Lunyovun yeni müqavilə üçün 600 min avro tələb etməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Klub rəsmisi Presssport.az-a açıqlamasında futbolçunun meneceri Anton Smirnovun öz ölkəsinin mətbuatına səsləndirdiyi fikirlərlə bağlı danışaraq, qeyd olunan məbləği və menecerin danışıqların məhz klub tərəfindən mətbuata sızdırıldığı barədə iddiasını təkzib edib: “Deyilən rəqəmlərin heç biri həqiqəti əks etdirmir. Məlumatların hardan çıxdığı, kim tərəfindən uydurulduğu bizə bəlli deyil. Biz də belə bir məsələ olduğunu mətbuatdan oxumuşuq”.

Xatırladaq ki, Smirnov “RB Sport”a müsahibəsində Lunyovun cari mövsümün sonunadək müqaviləsi olduğu “Qarabağ”da qazandığından daha yüksək məvacibə layiq olduğunu, digər variantları nəzərdən keçirəcəklərini söyləyib. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC