"Yaxşı xəbər odur ki, Dadaşovun çarpaz bağları zədələnməyib"

Almaniya "Dinamo"sunun azərbaycanlı futbolçusu Rüfət Dadaşovun durumuna aydınlıq gəlib. 

Presssport.az xəbər verir ki, 33 yaşlı hücumçunun zədəsi ciddi deyil və dizində problem aşkarlanmayıb. 

Rüfətin maksimum 4 həftə meydanlardan kənarda qalacağı bildirilir. Üstəlik, bərpa prosesi yaxşı gedərsə, daha tez komandaya qoşulmaq şansı da var. 

Komandanın baş məşqçisi Dirk Kunert Dadaşovun zədəsinin ciddi olmaması xəbərini belə şərh edib: "Yaxşı xəbər odur ki, Dadaşovun çarpaz bağları zədələnməyib. Amma yenə də bu, bizim üçün böyük zərbədi. Rüfət təkcə hücumçumuz deyil, həm də aparıcı oyunçumuzdu. Nə vaxta qədər olmayacağını gözləyəcəyik".
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC