"Qarabağ"a qarşı bərbad oynadıq, bu da hesabda əks olundu". Presssport.az xəbər verir ki, bunu "Kəpəz"in seneqallı futbolçusu Latir Fal klubunun rəsmi saytına açıqlamasında deyib.
29 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində "Qarabağ"a 1:6 hesablı məğlubiyyəti şərh edərək, rəqibə qarşı mübarizələrinin aşağı səviyyə olduğunu söyləyib: "Amma bu oyundan nəticə çıxarmışıq, səhvlərimizi təhlil etmişik. İrəliyə baxırıq".
Həmin matçda komandasının yeganə qoluna imza atan futbolçu öz oyunuyla bağlı yaxşı bir şey fikirləşmədiyini deyib: "Qol vursam da, çıxışımdan narazıyam. Çünki həm özüm, həm də komandamız bundan daha yaxşısını bacarır".
Fal turnir cədvəlində 9-cu pillədəki mövqelərini qoruyub saxlayacaqlarını və Premyer Liqanı tərk etməyəcəklərini sözlərinə əlavə edib: "Demək olar ki, növbəti mövsüm üçün yerimizi müəyyən qədər təmin etmişik. Amma rahatlaşmaq olmaz. Düzdür, xal fərqi böyükdü. Bununla belə, qarşıda 8 matç var. Mübarizə davam edir".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC