Qadın futbolu üzrə Macarıstanın milli komandasının baş məşqçisi Aleksandra Sarvaş AVRO-2025-in seçmə mərhələsi çərçivəsində B1 qrupunun Azərbaycan (5 aprel) və Türkiyəyə (9 aprel) qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib.
Presssport.az xəbər verir ki, qadın mütəxəssis rəqiblərini belə incələyib: "Həm Azərbaycan, həm də Türkiyə millisi aqressiv komandadı. Təkbətək mübarizələrə diqqət edirlər. Hər iki milli komandanın fərdi planda yaxşı oyunçuları var. Onları heç vaxt qiymətləndirməmək olmaz. Bu rəqiblərə qarşı böyük konsentrasiya ilə hazırlaşırıq".
Xatırladaq ki, Macarıstan - Azərbaycan oyunu bu gün Seqed şəhərində “Seqed Qroşiç Akademiyası” stadionunda Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC