Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Presssport.az xəbər verir ki, iclasda Azərbaycan kubokunda 1/2 finalın ilk oyunu çərçivəsində keçirilən oyunlarda bağlı qərarlar verilib.
“Neftçi” – “Qarabağ” görüşündə meydan sahibi 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi”yə 800 manat cərimə kəsilib.
Qarşılaşmada “Qarabağ”, azarkeşləri kütləvi şəkildə rəqib futbolçuları təhqir etdiyinə görə 1000 manat cərimə olunub.
Xatırladaq ki, Ağdam klubunu dəstəkləyən “İmarət Tayfa” azarkeş qrup keçmiş futbolçuları, bu mövsümdən “Neftçi”də çıxış edən təcrübəli yarımmüdafiəçi Qara Qarayevin ünvanına təhqiramiz ifadələr işlədib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC