Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Presssport.az xəbər verir ki, toplantıda II Liqanın XIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
“Sheki City” – “Şəmkir” oyununun 59-cu dəqiqəsində “Şəmkir” klubunun 12 nömrəli futbolçusu Novruz Rəhimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Şəmkir” klubu 80 manat cərimə edilir (maddə 41);
“Qusar” – “Kür-Araz” oyununda “Qusar” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qusar” klubu 70 manat cərimə edilir (maddə 37);
“Şəfa” – “Kürmük Qax” oyununun 41-ci dəqiqəsində “Kürmük Qax” klubunun 7 nömrəli futbolçusu Qafar Qafarov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kürmük Qax” klubu 80 manat cərimə edilir (maddə 41);
“Şəfa” – “Kürmük Qax” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şəfa” klubu 80 manat cərimə edilir (maddə 51.2).
“Baku Sportinq” – “Füzuli” oyununda “Füzuli” klubu PFL-in elektron bazasında matçın ilkin protokolunu təyin edilmiş vaxtdan gec təsdiq etdiyinə görə “Füzuli” klubu 100 manat cərimə edilir (maddə 91);
“Ağdaş” – “Göygöl” oyununda “Ağdaş” klubu PFL-in elektron bazasında matçın ilkin protokolunu təyin edilmiş vaxtdan gec təsdiq etdiyinə görə “Ağdaş” klubu 100 manat cərimə edilir (maddə 91).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC