Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Presssport.az xəbər verir ki, qurum assosiasiyanın keçirdiyi aşağı liqalarla bağlı aşağıdakı qərarları çıxarıb:
1 aprel 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Turan Tovuz” FK – “Zirə” PFK oyununda “Turan Tovuz” FK komandasının heyətində 17 nömrəli futbolçusu Kənan Məmmədlinin qarşılaşmanın 59-cu dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
30 mart 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Qəbələ” İK – “Sumqayıt” FK oyununda “Qəbələ” İK komandasının heyətində 74 nömrəli futbolçusu İslam Abduləzizovun qarşılaşmanın 72-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 41);
26 mart 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Qarabağ” FK – “Kəpəz” PFK oyununda “Qarabağ” FK komandasının heyətində futbolçusu Cəmil Mehdiyevin qarşılaşmanın 85-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 42.2);
30 mart 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Sumqayıt” FK – “Neftçi” PFK oyununda “Sumqayıt” FK komandasının heyətində 15 nömrəli futbolçusu Vəli Abbasovun qarşılaşmanın 82-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
30 mart 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “European Football Academy” – “Lion” PFK oyununda “European Football Academy” komandasının heyətində 5 nömrəli futbolçusu Nicat Hacıyevin qarşılaşmanın 43-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
30 mart 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Kəpəz” PFK – “Turan Tovuz” FK oyununda “Turan Tovuz” FK komandasının heyətində 12 nömrəli futbolçusu Telman Abbasovun qarşılaşmanın 38-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 41);
30 mart 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Kavkaz” – “Sumqayıt City” oyununda “Sumqayıt City” komandasının heyətində 88 nömrəli futbolçusu Nahid Ələkbərlinin qarşılaşmanın 73-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
30 mart 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Olimpiya” İK (Tovuz) – “Azəri” (Gəncə) oyununda “Azəri” (Gəncə) komandasının məşqçisi Fuad Ələkbərov qarşılaşmanın 29-cu dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın (maddə 42.3);
30 mart 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Metak” FK – “Amasiya” FK oyununda “Amasiya” komandasının heyətində 4 nömrəli futbolçusu Məhəmməd Ağamalıyevin qarşılaşmanın 48-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 41);
30 mart 2024-cü il tarixində AFFA U-12 Liqasında keçirilən “Kavkaz” – “Alekseyevka” (Quba) oyununda “Alekseyevka” (Quba) komandasının heyətində 4 nömrəli futbolçusu Amin Quliyevin qarşılaşmanın 37-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 41).
Xatırladaq ki, İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC