"Kəpəz" Azərbaycan Premyer Liqasının XXIX turunda səfərdə "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra keçirilən mətbuat konfransına görüş haqda danışmaqla başlayıb.
- İki fərqli hissə izlədik. İlk qol epizodunu biz yaratdıq. Bundan sonra sanki komandada arxayınlıq oldu. Bunun nəticəsində qol buraxdıq. Fasilədə futbolçularla söhbət etdik. Uşaqlar toparlandılar. Lazım olan qolları vurub 3 xal qazandıq.
- Fasilədə nələri dəyişdiniz?
- Daha çox hücumda oynamağı istəyirdik. Bunun nəticəsində rəqib müdafiəsində boşluqlar tapa bilirdik. Futbolçular dediklərimizi başa düşdülər.
- İlk hissədə "Kəpəz" ən zəif oyununu göstərirdi. Bu, turnir cədvəli ilə bağlıdı?
- Futbolçularla danışanda deyirik ki, əsas rəqibimizin necə oynayacağına fikir verməyək. Çalışırıq ki, komanda istədiklərimizi yerinə yetirsin. Futbolçulardan heç vaxt müdafiədə “oturmağı” istəmirik. Bir oyun üslubumuz var. Bunu daha da təkmilləşdirmək istəyirik. Rəqibə uyğun yox, istədiyimiz futbolu oynamağa çalışmalıyıq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC