Qüvvətlə qüvvətlənmə və ya sabiq "Turan"lılar Region Liqasında yeni transferlər oldular

“Göyəzən” Region Liqasında “transfer pəncərəsi” açıq olan dövrdə heyətinə 4 yeni futbolçu qatıb.

Bu haqda Presssport.az-a danışan komandanın məşqçisi Süleyman Məmmədov onlardan 3-nün sabiq “Turan”lılar olduğunu deyib: “Aralarında ən tanınnmışı Hafiz Əliyevdi. Bu tovuzlu futbolçunun Premyer Liqada böyük oyun təcrübəsi var. Belə ki, uzun illər ”Turan"da, habelə “Bakı”da çıxış edib. O, Tovuzda həm uşaq məşqçisi işləyir, həm də futbolu buraxmayıb, daim minifutbol oynayır, formadadı. Münasibətimiz var, bizdə oynayan Tovuzdan olan futbolçulardan belə təklif gəldi ki, Hafizi də cəlb edik. Özünə dedik, o da imtina eləmədi. Hesab edirəm ki, artıq 41 yaşı olan Hafiz təcrübəli yarımmüdafiəçi kimi bizə Region Liqasında kömək edəcək. Onun təcrübəsindən yararlanmaq üçün gətirdik. 1993-cü il təvəllüdlü hücumçu Qüvvət Əmrahov da vaxtilə “Turan”da forma geyinib. Müdafiəçi Elmir Seyidov da tovuzludu, 26 yaşı var, Tovuz klubunun əvəzedicilərində çıxış edib. Bundan əlavə, hücumçu Xəyal Qasımovu götürdük. O, “Goranboy Qala”da oynayırdı. Əslən gəncəlidi və vaxtilə bizdə çıxış edib. Məşqlərdə baxmışıq, pis deyillər. Bizim komandada da futboçular əsasən təcrübəlilərdi. Üstəlik, peşəkar liqalarda da olduğu kimi, 3 dəfə olmaqla 5 əvəzləmədən istifadə edə bilərik. Bir sözlə, oyunun gedişində komandanın 50 faizi dəyişilə bilər".

Xatırladaq ki, Qərb və Şimal-Qərb zonasında qalibi olan Qazax təmsilçisi pley-offda “Göyçay”la qarşılaşacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC