"Avropa şansımız varsa, bundan istifadə etmək istəyərik

"Vacib oyun idi. Qələbə qazanmaq istəyirdik. "Sabah"a heç vaxt evdə qalib gəlməmişdik. Bu da psixoloj təzyiq yaradırdı. Futbolçularıma inanırdım. Bu mövsüm evdə yaxşı oynayırıq. Fürsətlərdən yaxşı istifadə etdik. Qoldan sonra da şanslarımız oldu. İtkilərimiz çoxdur. Nəsə fikirləşəcəyik".

Presssport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XXIX turunun "Sabah"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, ardından jurnalistlərin suallarını cavablandırıb.

- Zədəli və cəzalı oyunçuların fonunda "Qəbələ" ilə matçda mövqe dəyişiklikləri edəcəksiniz?

- Bu il orta xətdə oyunçularımız zədələnir. Xəyal Nəcəfovu məcburiyyətdən dayaq yarımüdafiəçisi oynadırıq. Mövqe dəyişiklikləri edə bilərik. Çempionatın sonuna yaxın belə hallar olur. Buna hazır olmaq lazımdı.

- Avrokuboklara vəsiqə qazanmaq şansınız var. İştaha diş altında olur. Komandanın üzərində dı Avropayla bağlı təzyiq yoxdu…

- Təzyiq altında deyilik. Gələcəkdə iddialı olmaq, avrokuboklar uğrunda oynamaq istəyirik. Klub olaraq inkişaf edirik. Avropa şansımız varsa, bundan istifadə etmək istəyərik. Bu il bəzi komandalar çempionata zəif başladılar. Turnir cədvəlində bunun da rolu var. Gələcəyi fikirləşirik.

- Heyəti qorumaq çətin olmayacaq?

- Bu il bizim üçün daha asan olacaq. Çünki əksər oyunçuların bizimlə gələn mövsümə də müqaviləsi var. Bununla yanaşı, yeni futbolçular da cəlb olunmalıdır. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC