Stadnik Bakıda Olimpiadaya lisenziya qazana bilmədi

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir. 

Presssport.az xəbər verir ki, bu gün qadın güləşçilər mübarizəyə qoşulub.

Milli komandamız bu gün də Paris Yay Olimpiya oyunlarına vəsiqə qazana bilməyib. Belə ki, yığmamızın lideri Mariya Stadnik (50 kq) yarımfinala yüksəlsə də, Ukrayna idmançısı Oksana Livaçla görüşün başa çatmasına 5 saniyə qalmış qələbəni əldən verib – 2:4. Bununla da o, Paris-2024-ə lisenziya qazanmaq fürsətini İstanbula saxlayıb.

Qeyd edək ki, daha əvvəl Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC