AQF VƏ GQF Anlaşma Memorandumu imzalayıblar

Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur.

Presssport.az xəbər verir ki, Azərbaycan Qolf Federasiyası (AGF) və Gürcüstan Qolf Federasiyası qürurla qolf sahəsində əməkdaşlığın və irəliləyişin təşviqinə yönəlmiş Anlaşma Memorandumunun (MOU) imzalandığını elan edir.

Memorandumu Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov və Gürcüstan Qolf Federasiyasının (GQF) prezidenti Zaza Mikadze imzalayıblar.

Memorandum hər iki ölkədə qolf oynayan icmaların təkmilləşdirilməsi üçün birgə imkanların araşdırılması öhdəliyini möhkəmləndirir.

Bu əlamətdar sazişin əsas məqsədi idmanın müxtəlif istiqamətləri üzrə təcrübə və bilik mübadiləsini asanlaşdırmaqla AGF və GGF arasında əlaqələri gücləndirməkdir.

İmzalanma mərasimdə çıxış edən Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov əməkdaşlığın perspektivləri ilə bağlı danışıb:

"Bu Memorandum qolf oynamağın mükəmməlliyini təbliğ etmək və inkişaf etdirməkdə irəliyə doğru atılmış mühüm addımdır. Biz Gürcüstandakı həmkarlarımızla səmərəli tərəfdaşlığı səbirsizliklə gözləyirik”.

Gürcüstan Qolf Federasiyasının prezidenti Zaza Mikadze nitqində nikbinliyini ifadə edib:

"Azərbaycan Qolf Federasiyası ilə güclərimizi birləşdirərək, əməkdaşlıq və qarşılıqlı hörmət ruhunu inkişaf etdirərək regionumuzda qolf idmanının standartlarını yüksəltməyi hədəfləyirik".

Qeyd edək ki, imzalanma mərasimində hər iki federasiyanın prezidentləri ilə yanaşı Azərbaycan Qolf Federasiyasının vitse-prezidenti Anar Əzimov, Gürcüstan Qolf Federasiyasının vitse-prezidenti Andro Şilakadze, Azərbaycan Qolf Federasiyasının baş katibi Leyla Abbasova və Gürcüstan Qolf Federasiyasının baş katibi Mişa Dzadzamia da iştirak ediblər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC