"Qarabağ"ın erkən çempionluğu Yankoviç üçün sürpriz olmayıb: "Kuboku da qazanmaq istəyirik"

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Premyer Liqanın XXIX turu çərçivəsində “Səbail”ə 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Presssport.az həmin müsahibəni təqdim edir:

- Ötən tur çempionluğu təmin etdikdən sonra “Səbail”lə matçda da gözəl oyunla qələbə qazandınız. Bu matça köklənmək çətin olmadı?

- Hər oyuna motivasiya ilə çıxırıq. Düşünürəm ki, hər matçda da inamlı çıxış edirik. Baş məşqçimiz də bizdən işimizə ciddi yanaşmağı tələb edir. O bildirir ki, bütün rəqiblərə hörmətlə yanaşmalıyıq. Odur ki, bütün görüşlərdə qalib gəlmək istəyirik.

- “Qarabağ”ın qızıl medalları erkən təmin etməsi çempionatın səviyyəsinin aşağı olmasını göstərir?

- Çempionatın səviyyəsi barədə danışa bilmərəm. Yalnız “Qarabağ” barədə fikirlərimi bölüşə bilərəm. Çox yaxşı komandamız var. Bəli, digər rəqiblərlə aramızda fərq var. Bunu danmaq olmaz, bu, faktdı. Ümumilikdə çempionatın səviyyəsi nə qədər güclü olsa, çempionluq uğrunda nə qədər çox komanda mübarizə aparsa, bu, Azərbaycan futbolunun inkişafı baxımından lazımlıdı.

- Belə başa düşdük ki, erkən çempionluq sizin üçün gözlənilməz olmadı?

- Xeyr, bu, mənim üçün sürpriz olmadı. Çünki bütün oyunlarda inamlı çıxış edirdik.

- Azərbaycan kubokunda yarımfinalın ilk matçında səfərdə “Neftçi”ni 4:0 hesabı ilə məğlub etdiniz. Cavab oyunundan gözləntiləriniz nədir?

- Cavab matçında da yaxşı oyun göstərməyə çalışacağıq. Arxayınlaşmaq olmaz. “Sabah”la cavab görüşü yadımızdadı. Həmin vaxt da səfərdə böyükhesablı qələbə qazansaq da, öz meydanımızda uduzduq. Həm də finalda oynamaq, kuboku da qazanmaq istəyirik.

- Avrokuboklardakı inamlı çıxışdan sonra “Qarabağ” yayda sizi heyətində saxlaya biləcək? Bir neçə klubdan təklif aldığınız barədə deyilənlər nə dərəcədə doğrudu?

- Bu barədə heç nə deyə bilmərəm. Təbii ki, yaxşı oynayırsansa, təkliflərin olması normaldı. Bütün klubların skautları mövsüm boyu iş başında olurlar, hər bir futbolçunu izləyirlər. Mövsümün sonuna iki ay var. İndidən transfer məsələləri barədə danışmaq tezdi.

- İstər ötən tur çempionluğu təmin etdiyiniz, istərsə də “Səbail”lə görüşdə stadiona toplaşan azarkeşlərin sayı çox az idi. Bu məqam sizə necə təsir edir?

- İlk gəldiyim gündən təəccüblənirəm ki, niyə insanlar stadiona az gəlirlər. Halbuki Tovuzda, Gəncədə azarkeş çox olur. Lakin Bakıda elə deyil. Təbii ki, azarkeşlər stadiona axın edəndə daha yaxşıdı. Heç kim boş tribuna önündə futbol oynamaq istəməz (qol.az).

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC