"Qarabağ"ın Premyer Liqanın 29-cu turu çərçivəsində evdə 4:2 hesabıyla qalib gəldikləri matçı yarımmüdafiəçisi Yassin Benzia dubla imza atıb.
Presssport.az xəbər verir ki, matçdan sonra Benzia sualları cavablandırıb:
- Çempionluq təmin olunub deyə, oyunlara hazırlaşmaq çətindir, ya asan?
- Baxmayaraq ki, çempion olmuşuq, amma hər oyuna ciddi yanaşırıq. Çünki statusumuz var. Hər oyuna ciddi yanaşaraq meydana qələbə üçün çıxırıq.
- Bu gün iki qol vurdunuz…
- Önəmli olan bu gün qələbə qazanmaq idi. Komanda üçün vacib idi. Çox xoşbəxtəm.
- Son zamanlar performansınız yüksələn xətlə inkişaf edir. Milli komanda forması ilə bir qolunuz “Puşkaş mükafatı”na namizəd göstərilir. Bu haqda fikriniz necədir?
- Əlbəttə, buna görə çox xoşbəxtəm. Gözəl qol alındı. Bu performansı qazanmaq üçün çox çalışmışam. Son dövrlər bu, məndə alınır. Buna görə Allaha da təşəkkür edirəm.
- Bir zamanlar "Lion" da çıxış edərkən sizi Kərim Benzemanın əvəzedicisi olaraq görürdülər. Həmin dövrə qayıtdığınızı demək olar?
- Hazırda bəli, inkişaf edirəm. Öz baş məşqçimə və məşqçi korpusuna təşəkkür edirəm. Çünki onlar mənə xüsusi yanaşırla, inkişafımda səy göstərirlər.
- Ötən həftə sizə gələn təkliflər barədə Fransa mətbuatına özünüz açıqlama vermişdiniz?
- Bəli, mənə belə təkliflər olub.
- Bəs hazırda necə, təkliflər var?
- Hazırda öz komandama diqqətimi yönəltmişəm. Bütün bu məsələlər barədə sezonun sonunda danışmaq olar.
- Faiz etibarilə, "Qarabağ"dan getməyiniz və ya qalmağınız barədə nə deyə bilərsiniz?
- Burda çox şadam. Hələ bir il də müqaviləm var. Ona görə nəsə demek tezdi (fanat.az)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC