Yeni mövsüm üçün Türkiyə Super Liqasına yüksələn ilk komanda məlum olub.
Presssport.az xəbər verir ki, "Eyüpspor" mövsümün bitməsinə 5 tur qalmış elitaya vəsiqəni təmin edib.
Arda Turanın baş məşqçisi olduğu komanda bu gün I Liqanın XXIX turunda "Altay"ı evdə 4:1 hesabı ilə məğlub edib. İstanbul təmsilçisi mövsümün bitməsinə 5 tur qalmış 3-cü pillədəki "Sakaryaspor"u 17 xal qabaqlayır. Hazırda 67 xalla lider olan "Eyüpspor" tarixində ilk dəfə Super Liqaya vəsiə qazanıb.
17-ci pillədə qərarlaşan "Altay" isə I Liqanı tərk edəcək 2-ci komanda olub. Buna qədər "Girəsunspor"un da elitanaı tərk edəcəyi bəlli idi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC