"Qəbələ" 4-cü qolumuzdan sonra da xarakter göstərirdi" - Rəşad Sadıqov

"Bizim üçün çox vacib oyun idi. Üç gün əvvəl də bu rəqiblə oynamışdıq. Futbolçularda bir az yorğunluq hiss olunurdu".

Presssport.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın XXIX turunda bu gün "Qəbələ" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 4:0 hesablı qələbəni şərh edərkən, rəqibin çox keyfiyyətli komanda olduğunu vurğulayıb: "Müəyyən oyunlarda qol fürsətlərindən istifadə edə bilmirdilər. Bilirdik ki, bu matç ağır keçəcək. İlk hissədə üç qol vurduqdan sonra oyunun daha rahat keçəcəyini düşündük. Amma rəqib təslim olmaq istəmirdi. 4-cü qoldan sonra da xarakter göstərirdilər. Şükürlər olsun ki, vacib qələbə qazandıq".

Sadıqov komandasının son vaxtlar inamlı təsir bağışlaması ilə bağlı sualı da cavablandırıb: "Üç oyundur qələbə qazanmağımızın səbəbini deyə bilmərəm. Amma bu amil məni sevindirir. Hər xal, hər qələbə çox önəmlidi. Çox gərgin, həyacanlı yarış gedir. Sadaladığınız məqamların da təsiri var. Amma ümumən eyni iş rejimində çalışırıq".


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC