"Zirə" bu gün mükəmməl pressinq etdi, yaxşı oynadı. Bizim futbolçular istəksiz görünürdülər, ürəklərini qoymurdular. Bu da oyunun nəticəsinə təsir etdi".
Presssport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın XXIX turunda bu gün səfərdə "Zirə"yə 0:4 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
Gürcü mütəxəssisin fikrincə, belə nəticənin əsas səbəblərindən biri rəqibin onlardan daha istəkli olması idi: "İkinci hissədə dəyişikliklər etdik. Gənc oyunçular özlərini yaxşı tərəfdən göstərdi. Həyat mübarizədən ibarətdi. Həmişə mübarizə aparmaq lazımdı. Ürəksiz oynayan futbolçular haqda ciddi tədbir görüləcək".
Tsxadadze gəlişindən sonra komanda 1 xal toplayıb. Maraqlıdı, baş məşqçi istefa vermək barədə düşünür?: "Bilirəm ki, bunu istəyirsiniz. Amma qeyd etmək istəyirəm ki, mən gələndə də komanda bu yerdə idi. Bura kömək etmək üçün gəlmişdim. İmicimi qurban verib "Qəbələ"yə gəldim. Qarşıda kubok oyunu var. Uzunmüddətli planlarımız var. Oyunçuların bəzilərinin fərdi keyfiyyətləri çox aşağıdı. İkinci hissədə ürəklə oynayan futbolçular meydana daxil oldu. "Zirə" yaxşı oynadı deyə, heç nə edə bilmədik".
56 yaşlı çalışdırıcı deyib ki, "Qəbələ" I Liqaya düşsə, 1 ildən sonra geri qayıdacaq: "Belə görünür ki, komanda indi layiq olduğu yerdədi. "Qəbələ" böyük klubdu. Biz gələndə 9 xal fərq var idi. Möcüzə olmur. Bu klubu saxlamaq lazımdı. Ümid edirəm ki, hamı yaxşı düşünəcək. Komanda sayı çoxalsa, "Qəbələ" Premyer Liqada qalsa, mütləq ilk “3-lük” uğrunda mübarizə aparacağıq. Aşağı liqaya düşsək, bir il sonra geri qayıdacağıq. Burdakı sponsorun, klub prezidentinin istəklərini bilirəm. 99 faiz insan "Qəbələ"nin Premyer Liqada qalmasını istəyir".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC