"Fənərbaxça" meydanı 2-ci dəqiqədə tərk etdi, kubok "Qalatasaray"ın oldu

Türkiyə futbolunda növbəti qalmaqal yaşanıb.

Presssport.az xəbər verir ki, “Fənərbaxça” Türkiyə Super Kubokunda “Qalatasaray”la keçirilən oyunun 2-ci dəqiqəsində meydanı tərk edib.

Belə ki, matçın 1-ci dəqiqəsində "Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi hesabıə açıb. Meydana U-19 komandasının futbolçuları ilə çıxan "Fənərbaxça" 2-ci dəqiqədə qarşılaşmanı davam etdirməkdən imtina edərək meydandan çıxıb.

Bu addım Türkiyə Futbol Federasiyasına etiraz məqsədilə olub. Görüşün baş hakimi qarşılaşmanı yarımçıq dayandırmalı olub.

Məsələ ilə bağlı Türkiyə Futbol Federasiyası (TFF) yaxın müddətdə qərarını açıqlayacağı bildirilib. "Fənərbaxça"ya texniki məğlubiyyət veriləcəyi, "Qalatasaray"ın qalib elan ediləcəyi gözlənilir.

Xatırladaq ki,  "Fənərbaxça" bu mövsüm ölkə çempionatında üzləşdiyi mənfi hallara görə Super Liqada iştirakdan imtina etmək istəyir. Bugünkü xoşagəlməz olay da klub prezidenti Ali Koçun Türkiyə futbolunun idarəçilərinə etiraz etməsi ilə bağlıdı.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC