"Hər iki komanda qalib gəlmək istəyirdi. Qalib də gələ bilərdik, uduzmaq təhlükəsi də var idi. Hər iki komandaya uğurlar arzu edirəm".
Presssport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 29-cu turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, ardından jurnalistlərin suallarını cavablandırıb.
- Qol epizodlarınız çox olsa da, son nöqtəni qoya bilmədiniz. Bu qədər hücumların qolla nəticələnməməsi sizi düşündürür?
- Düşündürsə də, dəyişə bilmərik. Bəzi epizodları əvvəlcədən işləyirik. Oyunçularımızın epizodlardan istifadə edə bilməmələri keyfiyyətə bağlıdır. İtkilərdən danışmağı sevmirəm. "Neftçi"ni uda bilərdik. Dəyişikliklərlə nəsə etmək mümkün idi. Əfsuslar olsun ki, bəzi oyunçularımız yox idi. Oktavio və Murata oynamırdı. Futbolçularımı təbrik edirəm. Sona kimi yaxşı oynadılar.
- Səbuhi Abdullazadə haqda nə düşünürsüz? Qərar verməkdə çətinlik çəkir...
- Səbuhi öz yetirməmizdi. Mən məşqçiliyə başlayanda, onu 15-16 yaşında meydana buraxmışdım. Bəli, tamamilə düz vurğuladınız. Səbuhinin yerində Murata və Oktavio olsaydı, başqa cür qərarlar görərdik. Yerlilərdən danışırıqsa, onlar oyun anlayışı olaraq, yavaş-yavaş addımlayırlar. Səbuhi bu cür epizodları çox yaşamalıdı. Roi Kehatı öz istəyi ilə dəyişdik və Səbuhini önə çəkdik. Səbuhi çox yaxşı futbolçu olacaq.
- "Sumqayıt" avrokuboklara gedə bilsə, yaxşı olacaq. Gedə bilməsə, futbol ədalətsizliyini görəcəyik?
- Aşağı-yuxarı digər klublarla eyni gücdəyik. Üzülürəm ki, oyunumuz gedə-gedə heç nə edə bilmədik. Amma yan-yörəmə baxıram ki, cavan uşaqlar qalıb ehtiyatda. Desəm iki xal itirdik...Analiz edib deyə bilərəm. 100 faizli qol epizodlarımız bir addım daha çox idi. Qalib gələ bilərdik. "Neftçi"nin futbolçuları yaratdığımız epizodları vurardı. Öz oyunçularımı aşağılamıram. Sadəcə kritik nöqtələr var ki, "Neftçi" oyunçuları onu daha dəqiq verə bilərdilər.
- Elçin Məsiyevə yumruğu göstərdiniz. Futboldan kənar olsaydı, ona nə edərdiniz? Sizə sarı vərəqə verildi...
- Mənə hansı oyunda sarı vərəqə vermirlər? Həmin epizodda Rauf Cabarov deyir ki, haqlısan, sadəcə baş hakim yalnışlığa yol verdi. Yaxşı ki, özümü cilovlaya bildim.
- Hələ ki, "Sumqayıt"da istədiyiniz keyfiyyətdə oyunçular yoxdu?
- "Neftçi"də həmən nələrsə istəyirlər. Amma bizdə Səbuhi kimi futbolçumuzdan istəyənə qədər, ona keyfiyyəti aşılamalıyıq. Həmin mərhələdəyik. Səbuhi həmin “pas”ları verə bilmədisə, buna səbrlə yanaşırlar. Amma digər komandalarda buna vaxt verməzlər. Elvin Bədəlov, Murad Xaçayev, Səbuhi Abdullazadə yaxşı futbolları ilə sıçrayış ediblər.
- "Neftçi" ilə oyunlarda həmişə emosional olurdunuz. Lakin bu dəfə elə olmadı...
- Əsla, sakitçilikdən söhbət gedə bilməz. Meydanda nə baş verirsə-versin, mətbuat konfranslarda hakimlərin üstünə getməyin tərəfdarı deyiləm. Bu, pis təcrübədi. Bu olanda əksinə, daha da qızışdırırıq oyunu. Gənc referilərimiz var, yaxşı idarə edirlər. Türkiyə kimi böyük ölkələrdə bunlardan beş-betərin görümüşk. Nə baş verirsə, meydanda baş versin. Hakimlərdən danışmağın, onların üzərinə getməyin tərəfdarı deyiləm.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC