6-7 aprel tarixlərində Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə “Parlaq Ulduz” Uşaq Liqasının II mərhələsi start götürüb.
Presssport.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan turnurdə turnirdə 13 komandada 150-dən çox kiçik yaşlı uşaqlar mübarizə aparırlar. Yarışda üzgüçülük üzrə milli komandanın məşqçilər heyəti iştirak edib. Azərbaycan Üzgüçülük Federasiyasının baş katibinin müavini Tamerlan Abdullazadənin verdiyi məlumata görə, yarışın keçirilməsində əsas məqsəd azyaşlı idmançılar arasında perspektivli üzgüçülərin üzə çıxarılması və onların məşqçilərin nəzarəti altında məşqlər keçərək milli komandanın rezerv komandasına cəlb olunmasıdır.
“Parlaq Ulduz” Uşaq Liqasının sonuncu - final mərhələsi isə may ayında Bakı Su İdman Sarayında təşkil olunacaq. Final mərhələsinin qalibləri medallar və diplomlarla təltif ediləcəklər.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC